Baku Connection

Azərbaycanda işgəncə: Avropadan Bakı həbsxanalarına pul necə axır

2023-cü ilin noyabr ayından etibarən Azərbaycanda “qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” ittihamı üzrə şübhəli bilinən “Abzas Media” nın altı jurnalisti həbs edilib. Əvvəllər də hakimiyyət tərəfindən təqib edilən “Abzas Media” Avropadan maliyyə dəstəyi alan Azərbaycan həbsxanalarında məhbusların işgəncələrə məruz qalması haqqında məqalələr dərc edirdi.

Müəlliflər: Laurent Richard, Mariana Abreu

1 fevral 2024-cü il

Əlavə məlumatlar: Youssr Youssef (Forbidden Stories), Leyla Mustafayeva (Forbidden Stories üçün), Romeo LangloisKarina Chabourg(France 24), Daniel Vallot (RFI), Lucas BrouwersWilmer Heck (NRC) tərəfindən.

Araşdırmaları ilə tanınan internet araşdırma media dərgisi Abzas Media-da işləyən 34 yaşlı jurnalist Sevinc Vaqifqızı, 20 noyabr 2023-cü il tarixində İstanbul hava limanında olarkən çəkdiyi videonu sosial mediada yayımlyıb. Çəkdiyi videodan cəmi bir neçə saat öncə Vaqifqızının həmkarı, Abzas Medianın direktoru, 36 yaşlı Ülvi Həsənlinin evinə polis tərəfindən basqı edilərkən o, həbs edilmişdi.

Vaqifqızı Bakıya qayıdış təyyarəsinə minməyə hazırlaşarkən dostu ilə eyni aqibəti yaşayacağına şübhə etmirdi. Bununla belə, riskə gedərək Azərbaycan mediasına qarşı davam edən görünməmiş basqıları vurğulamaq üçün video çəkib yayımlamışdı: “Bildirmək istəyirik ki, Ülvi Həsənlinin həbsi birbaşa prezident İlham Əliyevin sifarişidir”.

Araşdırma saytı Abzas Medianın direktoru Ülvi Həsənli 2023-cü il noyabrın 20-də yaşadığı evin qarşısında saxlanılıb. Müəllif: Abzas Media

O, azadlığının son anlarından istifadə edərək Azərbaycandakı rejimə belə bir mesaj göndərdi: “Ülvi, mən və ya istənilən birimiz həbsdə olduğumuz halda belə, bu işi davam etdirənlər var. Və düşünməsinlər ki, tək-tək şəxsləri həbs etməklə bu araşdırmaları dayandıra bilərlər, bu baş verməyəcək”, – o, videoda bildirib: “Mən Ülvini içəridə qoyub rahat həyat sürə bilmərəm”, – hava limanında olarkən Sevinc, digər bir video görüntüdə telefon danışığı zaman deyib.

Vaqifqızı Bakıya çatan kimi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Abzas Medianın Bakının mərkəzində yerləşən ofisindən 40 min avro nağd pul aşkarlanıb. Həsənli həbs olunmazdan əvvəl jurnalistlərə bildirib ki, o, pulun polislər tərəfindən onu “qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” maddəsilə ittiham etmək üçün sübut kimi qoyulduğunu düşünür.

Vaqifqızının sosial şəbəkələrdə paylaşdığı videoda bildirdiyinə görə, Ü.Həsənli həbs olunarkən zorakılığa məruz qalıb: “Niyə Dağlıq Qarabağdakı qələbəmiz əvəzinə korrupsiya haqqında yazırsınız?”, – Həsənlidən Ermənistanla Azərbaycan arasındakı mübahisəli ərazi mövzusunu nəzərdə tutaraq soruşulub: “Danışmağa daha yaxşı hekayələriniz yoxdur?

Jurnalist Sevinc Vaqifqızı İstanbul aeroportunda Abzas Medianın direktoru Ülvi Həsənlinin həbs olunduğu Bakı şəhərinə qayıdarkən. 10 noyabr, 2023-cü il. Müəllif: Abzas Media

Polislər 2023-cü il noyabrın 20-də gecə saatlarında Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızının yaşadığı mənzilin qapısını döyərkən. Müəllif: Meydan TV

Bir neçə həftə ərzində Abzas Medianın daha dörd jurnalisti və daimi işçisi olan Məhəmməd Kekalov, Nərgiz Absalamova, Elnarə Qasımova və Hafiz Babalı həbs ediliblər. Mediaya qarşı görünməmiş təzyiqlərin artdığı bir vaxtda prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin fevralın 7-də, nəzərdə tutulduğundan səkkiz ay tez keçirilməsi barədə sərəncam verib.

Xəzər dənizinə baxan Qafqaz ölkəsi olan Azərbaycan, “Sərhədsiz Reportyorlar Təşkilatı”nın “Media Azadlığı İndeksi”ndə 180 ölkə arasında 151-ci yerdədir. Jurnalistlərin və siyasi məhbusların geniş şəkildə təqib olunduğu bir ölkədə Abzas Media, yüksək vəzifəli məmurların korrupsiyasına və prezident Əliyevin çevrəsinin gizli sərvətlərinə qarşı mübarizə aparan azsaylı medialardan biridir. Bu işlərinə görə Ülvinin də adı “Pegasus” casus proqramı üzərindən hədəfə alınan jurnalistlərin geniş siyahısına daxil edilib. Bu, Forbidden Stories və onun partnnyorları tərəfindən 2021-ci ilin iyul ayında dərc edilən araşdırmada qeyd edilib.

Polis Bakıda fəalı həbs edir. 12 mart 2011-ci il

Forbidden Stories” Sevinc Vaqifqızı və onun həmkarları ilə keçmişdə bir neçə dəfə, o cümlədən İsveçdə keçirilən “Dünya Araşdırmaçı Jurnalistlərin Sammit”i zamanı da görüşüb. Bakıya yola çıxarkən də Sevinc “Forbidden Stories”lə əlaqə saxlamışdı. O, mesajlarında Ülvi Həsənlinin həbsini “Abzas Media”nın fəailiyyətilə bağlı olduğunu yazırdı: “Hesab edirik ki, bu, birbaşa bizim araşdırmalarla əlaqəlidir”. Həbslər başlamazdan az öncə Sevinc Vaqifqızı və “Abzas Media”nın digər üzvləri də digər jurnalistlərin onların araşdırmalarını davam etdirmələrinə cağırış ediblər.

“Abzas Media” Azərbaycanda işgəncə praktikaları, o cümlədən hərbçilər tərəfindən törədilən və on nəfərdən çox insanın ölümü ilə nəticələnən işgəncə qalmaqalı “Tərtər hadisələri” kimi ciddi araşdırmaları işıqlandırmaq üçün qismən Avropadan ayrılan maliyyə dəstəyinə güvənir.

Support us so that we can continue investigating

We need your help to expose what the enemies of the press try to keep quiet.

Müəllif: Abzas Media

2001-ci ildə Azərbaycan Avropada insan haqlarının, demokratiyanın və qanunun aliliyinin qorunması ilə məşğul olan beynəlxalq təşkilat olan Avropa Şurasına üzv olub. O vaxtdan etibarən Avropa Şurası məhkəməsi olan Avropa İnsan Hüquqları Məhkəməsi, Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasını və ya onun protokollarını 263 dəfə pozduğunu müəyyən edib. Bu pozuntuların 33-nə “işgəncə” və ya “qeyri-insani və ləyaqəti alçaldan rəftar” iddiaları daxildir. İşgəncələrin Qarşısının Alınması üzrə Komitə (İQAAK) bir neçə həbsxanaya baş çəkdikdən sonra, 2017-ci il hesabatında həbsxanalarda çoxsaylı vəzifədən sui-istifadə halları, o cümlədən “sillə, yumruqlar, təpiklər, dəyənəklərlə zərbələr, taxta çubuqla zərbələr, stulun ayağı, beysbol dəyənəyi, su ilə dolu olan plastik butulka və ya qalın kitab” ilə vurulan zərbələrlə bağlı məlumat verib. İQAAK həmçinin işgəncənin daha ağır formalarını da qeyd edir, məsələn, “dəyənəklə ayaqların altına zərbələr endirmək (çox vaxt insan asılı vəziyyətdə olarkən) və elektrik şokunun verilməsi”.

Baku Connection” layihəsi Abzas Media”nın işini davam etdirmək üçün 12 tərəfdaş medianın konsorsiumu olaraq “Forbidden Stories”lə əməkdaşlıq edib. Onlar Avropanın ürəyindən maliyyə dəstəyi alan Azərbaycan həbsxanalarında digər qanun pozuntuları arasında işgəncə hallarını araşdırıblar.

Konsorsiumdan olan jurnalistlər ”Forbidden Stories“in “Bakı ilə əlaqə” layihəsi üzrə səfərbər olunublar. Müəllif: VPRO Tegenlicht/ Erik van Empel

Araşdırmalarımız göstərir ki, “Forbidden Stories” tərəfindən nəzərdən keçirilən ictimaiyyətə açıq sənədlərə əsasən, 2014-cü ildən etibarən Avropa Şurasından Azərbaycanda bir sıra inkişaf layihələrini dəstəkləmək məqsədilə 23 milyon avrodan çox vəsait köçürülüb. Əsasən Avropa İttifaqının büdcəsindən alınan ayrılan bu vəsaitlər, digər məsələlərlə yanaşı, “məhkəmə sisteminin potensialının artırılması”, “kadrların təlimi”, “həbsxana şəraitinə nəzarətin gücləndirilməsi” və “şəffaflığın artırılması və korrupsiyanın qarşısının alınması üzrə fəaliyyət” üçün nəzərdə tutulub. Amma Azərbaycan həbsxanalarında baş verənlərin monitorinqi isə çox qeyri-şəffafdır.

Azərbaycan İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin hesabat dərc etməsinə etiraz edib. Mənbə: Skrinşot Avropa Şurasının saytından götürülüb.

“Əllərimi tavana bağlamışdılar”

Hüquq müdafiəçiləri Arif və Leyla Yunuslar 30 il ərzində Əliyevlər klanının cinayətlərini sənədləşdirməklə məşğul olublar. Əliyevlər klanı “Wikileaks” tərəfindən dərc edilən ABŞ Dövlət Departamentinin diplomatik yazışmasında adətən “Korleonelər” kimi adlandırılıb. Arif və Leyla Yunus Azərbaycandakı rejimə qarşı müqavimət siması kimi tanınıblar. Onlar ölkəni tərk etməzdən əvvəl 2014-cü il iyulun 30-da vətənə xəyanət ittihamı ilə səkkiz ilədək həbs cəzası alıblar.

Hazırda 69 yaşlı Arif və həyat yoldaşı Leyla Hollandiyada adını açıqlamadığı bir yerdə yaşayırlar. Xəstəlikdən əziyyət çəkən və uzun aylar həbsxanada qalan 68 yaşlı Leyla fəxrlə “Légion d’Honneur” (fransızcadan tərcüməsi “Fəxri Legion”) ordenini taxaraq “Forbidden Stories”i günəşli evində qarşılayır. Yunuslar həyatlarına mühacirətdə davam edərək Azərbaycanda insan haqlarının pozulması ilə bağlı hesabatları sənədləşdirməyə indi də davam edirlər: “Bəzən zənglər birbaşa mobil telefonlardan edilir”, – deyə Arif Yunus bildirir.

Həbsdən sonra Azərbaycandan getdiyindən bir neçə il keçməsinə baxmayaraq, Arif təcridxanada iki ay ərzində keçdiyi işgəncələrdən sonra aldığı psixoloji travmaları hələ də özündə daşıyır: “Həkimim deyir ki, bu barədə danışmaq mənim üçün yaxşı deyil”.

Əllərimi tavana bağladılar, amma bu dəfə ayaqlarım yerə dəymirdi. Bu, çox ağrılı idi. Əllərim o qədər uyuşmuşdu ki, artıq mənə qulaq asmırdılar. Sol əlim xüsusilə qandalların vətərə basdığı ​​yerdə ağrayırdı”, – Arif həbsxanada yaşadığı məqamları 2024-cü ildə nəşr etidyi kitabında yazır: “Ağrıdan qışqırmaq istədim, amma havam çatmırdı. O, təkrar-təkrar ondan soruşulan bu məqamı xatırlayır: “İndi bizə səfərlərin haqqında danışacaqsan? İndi bizə səfərlərin, ermənilərlə bağlı cinayətkar əlaqələrin haqqında danışacaqsan?”, – deyən Arif danışmağa taqətinin olmadığını xatırlayır: “Böyük bir çətinliklə başımı bulayaraq inkar etdim”.

Yunus ailəsinə səfərimiz zamanı əldə etdiklərimizi onlara təqdim etdik. Avropa Şurasının Azərbaycana köçürdüyü 23 milyon avrodan əlavə, diqqətimizi başqa bir layihə də çəkdi. Avropa İttifaqı və Avropa Şurası Azərbaycanın həbsxana sistemində islahatlara yönəlmiş 1,3 milyon avroluq “SPERA” adlı layihəni birgə maliyyələşdirib. Proqrama “təşkilati təhlükəsizlik” məsələlərini müzakirə etmək üçün “Zoom” görüşləri, azərbaycanlı həbsxana nəzarətçilərinin “təlim”inə dair seminarlar və İspaniyadakı həbsxanalardan birinin “case study”inə (iş araşdırması) baş çəkmək də daxildir.

Protect your stories

Are you a journalist under threat because of your reporting? Secure your information with Forbidden Stories.

İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Azərbaycandan qaz ixracının ikiqat artırılmasına dair sənədi imzalayarkən. 18 iyul, 2022.ci il Mənbə: AFP

28 oktyabr 2021-ci ildə baş tutan son “Zoom” görüşünün skrinşotunu təqdim etdikdə Yunuslar şoka düşdülər. Onlar kəşfiyyat orqanları ilə əlaqəsi olduğunu iddia etdikləri “SPERA” proqramında iştirak edən həkim İftixar Qurbanovu dərhal tanıdılar. “O, məni və Leylanı şəxsən təhdid edirdi”, – deyə Arif bizə bildirdi.

Şəkildə 16 saylı cəzaçəkmə müəssisəsinə nəzarət edənlərdən biri Elnur Abbaslı da var. Yunuslar deyir ki, 16 saylı Cəzaçəkmə Müəssisəsində adətən barter praktikasından istifadə olunur və hakimiyyət buna icazə verir.

Azərbaycanda dövlət nəzarətində olan psevdo-qeyri-kommersiya təşkilatlarına istinad etmək üçün geniş istifadə edilən “GONGO” və ya hökumətyönümlü QHT-nin direktoru da Azərbaycanın həbsxana sisteminin təkmilləşdirilməsi layihəsində iştirak etməyə dəvət olunub. Direktorun adı 2020-ci il noyabrın 9-da Azərbaycan və Ermənistan arasında atəşkəs sazişinin imzalanması münasibətilə prezident İlham Əliyevi təbrik edən 640 QHT-nin siyahısında yer alıb: “Hörmətli Ali Baş Komandan, 8 noyabr tarixi Qələbə günü münasibətilə sizi ürəkdən təbrik edirəm… Sizinlə fəxr edir, tarixi azadlıq missiyanızda uğurlar arzulayıram”, – mətndə deyilir.

“Bu, sadəcə bir görüntüdür. Onlar ancaq elə seminarlar keçirirlər”

SPERA” kimi proqramların iştirakçıları “Gedib Norveçdə və ya başqa yerlərdə həbsxanalara baş çəkə bilərlər. Amma bu, heç nəyi dəyişmir. Bunların hamısı mənasızdır”, – Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri Arif Məmmədov bildirir: “Sistem tamamilə dəyişməz olaraq qalır”, – hazırda Brüsseldə mühacirətdə olan müxalifətçi Məmmədov əlavə edir.

Azərbaycan nümayəndə heyəti 2024-cü il yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın12 nəfərdən ibarət nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməməsinə münasibət bildirir. Mənbə: France 24

Bu, Azərbaycana Avropa ilə işlədiyini deməyə şərait yaradır və avropalı bürokratlar da sadəcə qeydlərini götürürlər. Bundan sonra hamı bir-birini təbrik edir və bunu qeyd etmək üçün birgə restorana gedirlər. Azərbaycan deyə bilər ki, müəyyən sayda adamı işdən çıxarıb və ya bir iş üzrə altmışa yaxın adamı mühakimə edib… Amma sistem olduğu kimi qalır. Nəticə etibarı ilə bu, hər iki tərəfin xeyrinə işləyir”, – Məmmədov bildirir.

Avropa Şurası öz cari işi haqqındakı hesabatında Azərbaycanda “bir sıra cinayətlərin dekriminallaşdırıldığını, alternativ cəzaların, habelə azadlıqdan məhrum etmə ilə bağlı olmayan tədbirlərin tətbiq edildiyini” açıqlayır. Şura həmçinin “məhkəmə həbslərinin sayının və müddətinin azaldılması” və 2019-cu ilin məhkəmə sistemində islahatların aparılmasını iddia edən aprel “Prezident Fərmanı”nı da qeyd edir. Amma ölkənin insan haqları ekspertinə görə, bütün bunlar sadəcə bir görüntüdür: “Hansı qərarların qəbul edilməsinin heç bir əhəmiyyəti yoxdur, xüsusən də əgər bu hallar siyasi həbslərə aid olarsa”, – deyə hüquqşünas Yalçın İmanov bildirib.

Bilirsiniz, bu, Azərbaycandakı binalara bənzəyir. Fasadlar yenidən rənglənib, amma ətrafı gəzib arxadan binaya baxanda görürsən ki, onlar hələ də sovet tipli köhnə və bərbad binalardır. Qanunlar da belədir”, – deyə o bildirib.

Avropa Şurasının tərəqqi hesabatında “yeni 85 vəkil namizədin” “Avropa Şurasının standartları haqqında məlumatlılığını artırmaq” üçün təlim keçdiyi qeyd edilib. Yalçın İmanova gəlincə, o, 2017-ci ildə müvəkkillərindən birinin işgəncəyə məruz qalması ilə bağlı şikayət ərizəsi yazdıqdan sonra vəkillik fəaliyyətindən kənarlaşdırılıb.

Sözsüz ki, biz onları hər hansı bir müəyyən şəkildə işləməyə məcbur edə bilmərik”, – utanaraq Avropa Şurasının sözçüsü deyir: “Hər ikisi şəraba bir az su əlavə etməyə təşviq olunur”.

Avropa Şurasının 20-yə yaxın parlament üzvü 2019-cu ilin iyun ayında həyacan təbili çalaraq qətnamayə imza atıblar. Qətnamadə qeyd edilir ki, Avropa Şurası və Avropa İttifaqından ayrılan vəsaitlərdə nə Azərbaycan vətəndaş cəmiyyətinə, nə də onun nümayəndələrinə kömək üçün heç bir dəstək göstərilməyib. Bu dəstəkdən yalnız “GONGO”lar və dövlət qurumları yararlanıb.

Parlament Assambleyasının üzvü kiprli Constantinos Estafios deyir ki, bu, Avropa Şurasının uğursuzluğudur: “Qurumun yaradılmasından 70 il keçir və qurum qanunun aliliyinə, demokratiyaya və insan hüquqlarına hörmətə əsaslanansa dabiz hələ də fundamental və elementar vəziyyətləri müzakirə edirik”.

TRIGGER WARNING – The following section contains graphic images of torture

“Bir gün həbs olunacağınızı başa düşməlisiniz”

Yunuslar üçün “Abzas Media” jurnalistlərinin həbsi sürpriz olmayıb. Rejimdən sui-istifadə hallarının araşdırılması ilə bağlı risklərdən xəbərdar olan Arif əvvəllər gənc komandaya xəbərdarlıq etmişdi.

Mən onlara dedim ki, “ehtiyatlı olun, başa düşməlisiniz ki, bir gün həbs olunacaqsınız”, – deyə Arif xatırlayır. Vaqifqızı riskləri bildiyini, lakin “bu, bizim vətənimizdir, ölkəmizdir. Biz ölkəmizin gələcəyi üçün mübarizə aparmalıyıq”, – deyib.

Əvvəllər “Abzas Media”-nın xəbərlərində islah edildiyi iddia edilən həbsxana, məhkəmə sistemi elə indi onları dəmir barmaqlıqlar arxasında saxlayan, bank hesablarını donduran eyni sistemdir.

Azərbaycanın tanınmış müxalifət fiquru Tofiq Yaqublunun 2021-ci ilin dekabrında polislər tərəfindən saxlanılandan sonrakı fotosu. O 2023-cü ilin dekabrında Abzas Medianın əməkdaşları, digər jurnalistlər, eləcə də hökumətin tənqidçiləri ilə eyni ərəfədə yenidən saxlanılıb.

Azərbaycana üç dəfə səfər etmiş keçmiş İQAAK üzvü Djordje Alempijević-in sözlərinə görə, Azərbaycan həbsxanalarında işgəncə praktikası “bu yerə xas olan bir hal olaraq endemikdir və davamlıdır. Tədqiqatlarımız bizi problemin həllində irəliləyiş olduğuna inandırmır”.

2020 və 2022-ci illərdə əlavə iki səfər olmasına baxmayaraq, İQAAK nümayəndələrinin Azərbaycana səfərlərinin qeydləri yalnız 2018-ci ilə qədər tapıla bilər. Avropa Şurasından asılı olan Komitə Azərbaycanın razılığı olmadan öz hesabatlarını açıqlaya bilməz. “Hakimiyyət bizim hesabatlarımızın məzmununu bəyənmir… onlar bu faktların ictimaiyyətə açıqlanmasını istəmirlər”, – deyə Alempijević bir qədər utanaraq deyir.

Avropa Şurasında qüvvədə olan qayda paradoksaldır: İQAAK tərəfindən idarə olunan hər kəs onu senzura qoymaq hüququna malikdir. Constantinos Estafios bildirib ki, proses “çox siyasiləşib. Bu humanitar yanaşmadan daha çox siyasi yanaşmadır”. Ötən il yanvarın 24-də qəbul etdiyi qərarda o, qaydaların dəyişdirilməsinə çağırış edib (İşgəncələrin Qarşısının Alınması Komitəsinin direktoru müsahibə üçün müraciətlərimizi rədd edib).

Avtokratların müttəfiqi

Berlində yerləşən “Avropa Sabitlik Təşəbbüsü”nün prezidenti və “Kürü Diplomatiyası”nın araşdırmaçısı Gerald Knaus bildirib ki, bu siyasət Avropa Şurasının “avtokratların müttəfiqinə çevrilməsinin” göstəricisidir: “Susmaq, qorxaq olmaq, danışmamaq, ağın ağ, qaranın qara olduğunu söyləməmək”.

İnsan hüquqları komissarı Dunja Mijatović Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) iştirakından mümkün uzaqlaşdırılması ilə bağlı suala belə cavab verib: “Bunun mənimlə heç bir əlaqəsi yoxdur, bu, AŞPA məsələsidir”. İşgəncə məsələsi ilə bağlı isə Mijatović: “Bu, İQAAK-dir, bu aydındır”, – deyə bildirib. Avropa Şurasından Bakıya köçürülən vəsaitlə bağlı o, “Oh, bu, baş katiblikdir”, – deyib. Yalnız mətbuat azadlığı məsələsi ilə sual verdikdə isə bizə “elektron məktub göndərməyi” məsləhət gördülər, məktuba cavab olaraq isə bizə müsahibə verməkdən imtina edildi.

Tarixçi və insan haqları müdafiəçisi Arif Yunus “Forbidden Stories”ə həyat yoldaşı ilə birlikdə yazdığı kitabda işgəncəyə məruz qaldığı həbsxananın planını göstərir. Azadlığın qiyməti. Müəllif: VPRO Tegenlicht/ Erik van Empel

Bəzilərinin qeyd etdiyinə görə, Bakının Avropa ilə güclü əlaqələri Azərbaycanla Aİ arasında gedən qazın həcmi ilə bağlı ola bilər. 2022-ci ildə Rusiyadan qaz ixracının dayandırılmasından sonra Avropa Komissiyasının sədri Ursula von der Leyen İlham Əliyevlə ildə ən azı 20 milyard kubmetr qazın tədarükünə dair müqavilə imzalayıb.

Prezident sarayının bağlarından von der Leyen “etibarlı və güvənilə biləcək tərəfdaş”ı deyərək Əliyevə tərif yağdırmışdı: “Bunun Azərbaycanı idarə edən diktaturanın qaz gəlirlərini hansı üsullardan istifadə etdiyi ilə tanış olan hər kəs üçün şok olduğunu söyləmək qeyri-adilik olardı”, – Fransanın “Le Monde” qəzetində 50-yə yaxın seçilmiş nümayəndənin imzaladığı çağırışda deyilir.

100.000-dən çox ermənini bölgəni tərk etməyə məcbur edən Dağlıq Qarabağa hərbi müdaxiləsindən sonra Avropa Şurasında çoxları Azərbaycanın ünvanına getdikcə daha tənqidlər səsləndirməyə başladı. Yanvarın 24-də AŞPA üzv dövlət kimi öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycanın etimadnaməsini ləğv etmək üçün (76 əleyhinə 10) səs verib. Üzvlüyünə hələ etiraz edilməyən Azərbaycan qabaqlayıcı şəkildə “AŞPA daxilində hazırkı dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühitini” pisləyərək Parlament Assambleyasını tərk edib.

Azərbaycan nümayəndə heyəti 2024-cü il yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasının 12 nümayəndəsini ən azı müvəqqəti olaraq kənarlaşdırmaqla, onun səlahiyyətlərini ratifikasiya etməmək barədə qəbul etdiyi qərarı şərh edir. Kredit: France 24

Forbidden Stories” və onun partnyorları tərəfindən verilən sualları Azərbaycan Respublikası Prezident Administrasiyası cavablandırmaqdan imtina edib.

Prezident seçkilərindən bir neçə gün qabaq “Abzas Media”nın vebsaytına Azərbaycandan daxil olmaq mümkün deyil. Ülvi Həsənlinin yazdığı bu sözlər 30 dekabr 2023-cü il tarixində yazılan məktubda qeyd edilib. Onun həbsxana kamerasından yazdığı məktubu artıq ictimaiyyətə açıqlanıb: “Yəqin ki, Sevinc Vaqifqızının, Nərgiz Absalamovanın, Hafiz Babalının, Məhəmməd Kekalov və mənim tamamilə izolyasiya edildiyimizi bilirsiniz. Ailələrimizlə nə telefon danışığına, nə də görüşə imkan verilir. Hətta vəkillərimizə, Ombudsmana zəng etməyə, yaxınlarımıza məktub yazmağa belə qadağa var. Hökumət nümayəndələri başa düşməlidir ki, tənqidin, azad sözün qarşısını tam almaq mümkün deyil”. Həsənli məktubunu Eynşteynin sözləri ilə bitirib: “Haqq incələr, amma üzülməz”.

See also